“İxrac Akademiyası”nda təlimlərdə iştirakla bağlı müraciətlərin qəbuluna başlanılıb
“İxrac Akademiyası” sertifikat proqramında təlimlərdə iştirakla bağlı müraciətlərin qəbuluna start verilib.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və İxracatçılar Klubunun təşkilatçılığı ilə ixrac əməliyyatlarının həyata keçirilməsinə hazır olmaları istiqamətində ixracla məşğul olan və gələcəkdə bu sahədə fəaliyyətdə maraqlı olan kadrların pilot layihədən sonra təkmilləşdirilmiş və optimallaşdırılmış “İxrac Akademiyası”nın onlayn təlimlərində iştirakı üçün müraciətlərin qəbuluna start verilir.

Təlimlərin məqsədi ölkənin ixrac potensialının inkişafında yararlı, beynəlxalq ticarət sahəsində müasir tələblərə cavab verən kadrların hazırlanmasıdır.
Azərbaycan dilində keçiriləcək 1 aylıq ödənişli onlayn təlimdə əhatə ediləcək mövzular:
İXRAC FƏALİYYƏTİNƏ DAİR BAZA BİLİK VƏ BACARIQLARINA YİYƏLƏNMƏK:
- Hədəf bazarın müəyyən edilməsi;
- Hədəf bazara daxilolma mümkünlüyünün qiymətləndirilməsi;
- Bazara çıxışın əldə edilməsi yollarının müəyyənləşdirilməsi;
- İxracda keyfiyyətin idarə olunması və standartlaşdırma, beynəlxalq sertifikatlar.
İXRAC PROSEDURU:
- Xarici iqtisadi fəaliyyət zamanı mövcud gömrük qanunvericiliyi və prosedurları, tələbləri;
- Qida məhsullarının təhlükəsizliyinə, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi;
- Gömrük ərazisindən ixrac olunan malların mənşə ölkəsinin təyin edilməsi üzrə ekspertizaların keçirilməsi və nəticələrini təsdiq edən sənədlərin verilməsi;
- İxrac əməliyyatlarında beynəlxalq daşınma;
- Malların ixrac qeydi ilə satışı qaydası və vergi tutma məsələləri;
- Əmtəə nişanları və sənaye nümunələrinin hüququ mühafizəsi
İştirakçıya dair minimum tələblər:
- 23-37 yaş arası olması;
- Satış sahəsində ən azı 1 (bir) il iş təcrübəsi (nəzəri test və müsahibə mərhələsində yoxlanılacaqdır);
- Rus və ingilis dil biliyi (orta);
- Yüksək motivasiyalılıq;
- Nəticəyönümlülük.
Tələb olunan sənədlər:
- Şəxsiyyət vəsiqəsinin surəti və foto (3×4);
- Təhsil məlumatlarına dair təsdiqedici sənədlər;
- Xarici dil biliyini sübut edən sənədlər (əgər varsa);
Müraciət qaydası:
Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər aşağıda göstərilən linkə daxil olaraq müraciət formasını doldurmalı və tələb olunan sənədləri əlavə etməlidirlər:
Müraciətlərin elektron qaydada qiymətləndirilməsindən sonra namizədlər növbəti-nəzəri müsahibə mərhələsinə dəvət ediləcəklər.
Müraciət üçün son tarix və saat: 23 iyun 2023-cü il saat 18:00 (Bakı vaxtı ilə).
Dərslərin başlanma tarixi: 3 iyul 2023-cü il saat 15:00 (Bakı vaxtı ilə).
Təlimlər ödənişli əsaslarla həyata keçiriləcəkdir.
Qiymət: 400 (dörd yüz) AZN.
Proqram sonunda əldə edəcəksiniz:
- xarici (Beynəlxalq Ticarət Mərkəzi (ITC)) və yerli təcrübəli ekspertlərin iştirakı ilə tədris olunan intensiv təlimlər sayəsində yeni ixtisasa yiyələnmək;
- beynəlxalq satış üzrə tam peşəkar vərdişlər qazanmaq;
- cəlbedici portfolio üçün vacib bilik və bacarıqlara malik olmaq;
- imtahanlardan müvəfəqiyyətlə keçən və yekun qiymətləndirmədə qənaətbəxş nəticə göstərmiş məzunların ölkənin ən böyük ixracatçı şirkətlərində 3 aylıq ödənişsiz iş təcrübəsi keçməsi.
Qeyd: Bütün yazışmalar və bildirişlər elektron poçt ünvanı ilə aparılacaq.
Əlaqələndirici şəxs: AZPROMO-nun İxracın təşviqi departamentinin İxrac bazarları ilə iş şöbəsinin aparıcı mütəxəssisi Rəna Hüseynova:
Tel.: (+994 12) 598 01 47/48 (daxili – 3616)
E-mail: exportacademy@azpromo.gov.az