Belarus və Azərbaycan müəssisələri arasında əməkdaşlığın perspektivləri

Belarus Nəqliyyat və Rabitə Nazirliyinin aparıcı elmi mərkəzi olan “Transtexnika” Belarus nəqliyyat-logistika kompleksini təmsil edərək ikinci ildir ki, “TransLogistica Caspian” sərgisində iştirak edir. Stendimizdə bir sıra müəssisə və şirkətlər, o cümlədən “Minsk Vaqon Təmiri Zavodu” ASC, avtomobil daşıyıcıları və s. təmsil olunur. Burada Belarusiyanın yetmişə yaxın nəqliyyat və logistika şirkətinin, o cümlədən hava və dəmir yolu daşıyıcılarının fəaliyyəti ilə tanış ola bilərsiniz. Azərbaycan bu baxımdan çox perspektivlidir, dünyanın bir çox ölkələri ilə logistika əlaqələri var.

Lyubov Aqalova
“Transtexnika” Belarus elmi-tədqiqat nəqliyyat institutunun (ETNİ) baş direktoru

“TransLogistica Caspian” sərgisinin ilk günü bizim üçün çox səmərəli keçdi, ümid edirik ki, sərgidə iştirak Belarus və Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verəcək müəyyən müqavilələrin bağlanması ilə nəticələnəcək. Məsələn, Minsk Vaqon Təmiri Zavodunun və “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri arasında artıq görüş planlaşdırılıb və bu görüş çərçivəsində sərnişindaşıma da müzakirə olunacaq.

Əlaqədar məqalələr
Nəqliyyat / Logistika

Azərbaycan Hava Yolları donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib

Azərbaycan Hava Yolları donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib AZCON…
►►►
Nəqliyyat / Logistika

“Sonsuz üfüqlərə doğru”

“Sonsuz üfüqlərə doğru”: Azərbaycan Hava Yolları brendinin yeni vizual manifestini…
►►►
Nəqliyyat / Logistika

Azərbaycan Hava Yolları ilk dəfə beynəlxalq nüfuzlu....

Azərbaycan Hava Yolları ilk dəfə beynəlxalq nüfuzlu “Great Place to Work” sertifikatı…
►►►