ADY Batumidə keçirilən beynəlxalq konfransda təhlükəsiz daşınma imkanları və biznes müştərilər üçün əlverişli şərtlər haqqında danışdı

ADY müasir, inteqrə olunmuş qurum olaraq əməliyyatların səmərəliliyinin artırılması və rəqəmsallaşma istiqamətində həyata keçirdiyi yeni layihələrini 6-7 iyun tarixlərində Gürcüstanın Batumi şəhərində “Neft və neft məhsullarının Cənubi Qafqaz nəqliyyat dəhlizi ilə nəqli” adlı beynəlxalq konfransda təqdim edib.

Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə şirkəti olan “ADY Ekspres” MMC iştirak etdiyi panel müzakirələrində xüsusi olaraq Qazaxıstan və Türkmənistanın neft və neft məhsullarının  Azərbaycandan tranzit keçməklə daşınma istiqamətləri və bu yüklərin aşırılması imkanları müzakirə olunub.

Konfransın keçirilməsində əsas məqsəd regional bazar iştirakçılarını Azərbaycan və Gürcüstandan keçən nəqliyyat dəhlizlərinin geniş imkanları və perspektivləri ilə tanış etmək olub.

Əlaqədar məqalələr
Nəqliyyat / Logistika

“TransLogistica Kazakhstan 2025”

“TransLogistica Kazakhstan 2025” sərgisində Azərbaycanın tranzit potensialı təqdim…
►►►
Nəqliyyat / Logistika

Bakı Limanında Vahid Keçid Mərkəzi istifadəyə verildi

Bakı Limanında Vahid Keçid Mərkəzi istifadəyə verildi AZCON Holding şirkətlərindən…
►►►
Nəqliyyat / Logistika

AZAL ilə yeni səyahət mövsümü: Avropa paytaxtlarından dəniz kurortlarına qədər

AZAL ilə yeni səyahət mövsümü: Avropa paytaxtlarından dəniz kurortlarına qədər 25…
►►►