Yelo Bank-ın dəstəyi ilə UNEC-də forum keçirilib

Yelo Bank-ın dəstəyi ilə UNEC-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Xarici dilin öyrənilməsində İnnovativ Strategiyalar” adlı I Beynəlxalq Forum uğurla başa çatıb. Tədbir yerli və xarici universitet nümayəndələrinin təqdimatında 14 panel və “workshop”ları əhatə edib. Forumun əsas müzakirə mövzuları ingilis dilinin tədrisində keyfiyyətin yüksəldilməsi, dil öyrənilməsi zamanı effektiv strategiyalar, bu sahə üzrə aktual problemlər və onların həll yolları olub.

Forumun açılışında UNEC-in rektoru, prof. Ədalət Muradov, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Auld və Yelo Bank İdarə Heyətinin sədri Anar Həsənov çıxış edib. A. Həsənov öz çıxışında məzunu olduğu universitetin uğurlarını görməkdən qürur duyduğunu bildirib. O, həmçinin, UNEC ilə Yelo Bank-ın müxtəlif istiqamətlərdə əməkdaşlıqlarının faydalı ola biləcəyini də vurğulayıb.

Qeyd edək ki, Yelo Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq fəal təhsil dəstəkçisidir. Bank, təhsilimizin parlaq gələcəyinə yönəlmiş təşəbbüslərini və universitetlərlə aktiv əməkdaşlığını davam etdirəcək.

Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın. Yelo Bank AR Mərkəzi Bankının 203 saylı lisenziyası əsasında 25.02.1994-cü ildən 17 filial və 1 özünəxidmət mərkəzi ilə müştərilərin xidmətindədir. Ünvan: Həsən bəy Zərdabi pr. 81 K, Tel: 981

Yelo Bank – Parlaq bankçılıq!

Əlaqədar məqalələr
City Life

Bakıda ilk dəfə su üzərində unikal şou!

Bakıda ilk dəfə su üzərində unikal şou! Bakı ilk dəfə açıq havada su üzərində…
►►►
City Life

CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı

CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu…
►►►
City Life

“Mənim irsim danışır” respublika müsabiqəsinin final mərhələsi keçirilib

“Mənim irsim danışır” respublika müsabiqəsinin final mərhələsi keçirilib Elm və…
►►►