İtalyan aqro-qida və şərabçılıq sektoruna həsr olunmuş biznes seminarın açılışı olacaq
Sabah 22 iyun saat 11:00 dan etibarən italyan aqro-qida və şərabçılıq sektoruna həsr olunmuş biznes seminarın açılışı olacaq.

Azərbaycana həsr olunan seminar (workshop) sabah 22 iyun saat 11:00-dan başlayaraq Landmark Biznes Mərkəzinin Rotunda Konqres zalında keçiriləcək. Azərbaycana ilk dəfə səfər edən 15 italyan şirkəti yerli mütəxxəsislər üçün istehsal etdikləri məhsulları nümayiş etdirəcəklər: bu məhsullar içərisində un və un məmulatları olan makaron, spagetti, müxtəlif növ pendirlər, şərablar, zeytun yağları və kofe kimi yüksək keyfiyyətli italyan məhsulları var. Made in İtaly brendi xüsusilə də qida və şərab sektorunda dünya səviyyəsində öz mükəmməlliyi ilə məşhurdur və 2022-ci ildə 60.7 milyard yevro ixaract qeydə almışdı ki, bu da ötən illə müqayisədə 15,4% artış deməkdir.
Tədbirin əsas məqsədi bu sektorlarda fəaliyyət göstərən mütəxxəsislər, eyni zamanda restoran və hotel şəbəkəri, yerli aşpazlar və kulinariya mərkəzləri üçün yeni italyan şirkətləri ilə tanış olmaq və yeni məhsulları Azərbaycan bazarına cəlb edə bilməkdir.
Seminara giriş sadəcə bu sahədə fəaliyyət göstərən mütəxxəsislər üçün nəzərdə tutulub və nəzərə çatdıraq ki, öncədən baku@ice.it email ünvanına qeydiyyatdan keçmək lazımdır.








