Bakıdan Bişkek şəhərinə və əks istiqamətdə reyslər həyata keçirməyə başlayacaq

İyulun 22-dən etibarən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Qırğızıstanın paytaxtına və əks istiqamətdə reyslər həyata keçirməyə başlayacaq.

Bu barədə  AZAL-ın mətbuat xidmətindən bildirilib.

Bakı-Bişkek marşrutu üzrə uçuşlar aviaşirkət tərəfindən həftədə bir dəfə – şənbə günləri həyata keçiriləcək.

“Bakı-Bişkek-Bakı marşrutu üzrə reysin icra olunması Azərbaycan və Qırğızıstan arasında turizm və işgüzar səfərlər üçün sərnişinlərin imkanlarını genişləndirəcək, eyni zamanda Bakının tranzit potensialının inkişafına töhfə verəcək”, – məlumatda deyilir.

AZAL-ın reyslərinə biletləri artıq rəsmi
saytından – www.azal.az, həmçinin aviaşirkətin mobil tətbiqi vasitəsilə əldə etmək olar.