AZPROMO və GAFI arasında görüş keçirilib

Görüşdə investisiya və biznes əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə olunub.

Qahirədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Misirin İnvestisiyalar və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında görüş keçirilib. Görüşdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri haqqında məlumat verib, Azərbaycan və Misir arasında mühüm potensiala malik faydalı biznes və investisiya imkanlarının reallaşdırılması barədə həmkarı – GAFI-nin rəhbəri Hössəm Heyba ilə fikir mübadiləsi aparıb.

Hössəm Heyba, öz növbəsində, GAFI tərəfindən xarici investorlar üçün yaradılan şərait, göstərilən xidmətlər və Misirdə xarici şirkətlərin fəaliyyətinin asanlaşdırılması məqsədilə təqdim edilən qızıl lisenziyalar təşəbbüsü haqqında məlumatı diqqətə çatdırıb. Qeyd edilib ki, Misirin azad zonaları xüsusi investisiya sisteminin bir hissəsi hesab olunur və burada həyata keçirilən investisiya fəaliyyətinə GAFI birbaşa nəzarət edir. Bu müstəvidə investisiya əməkdaşlığının potensialı yüksək qiymətləndirilib, birgə tərəfdaşlığa dair bir sıra təkliflər irəli sürülüb.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►