SOCAR-ın prezidenti “MOL Group” şirkətinin strateji əməliyyatlar və korporativ inkişaf üzrə icraçı vitse-prezidenti ilə görüşüb

25 iyul 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Macarıstanın “MOL Group” şirkətinin strateji əməliyyatlar və korporativ inkişaf üzrə icraçı vitse-prezidenti, İdarə Heyətinin üzvü György Bacsa ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi vurğulanıb. Bu xüsusda, “MOL Group” şirkəti ilə uzunmüddətli əməkdaşlıqdan, səmərəli tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib, “MOL Group” şirkətinin “Azəri-Çıraq-Dərinsulu Günəşli” və Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihələrində uğurla iştirak etdiyi, Azərbaycan neft-qaz sənayesinin inkişafına dəyərli töhfə verdiyi bildirilib.

Görüş çərçivəsində tərəflər arasında mövcud və potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

AccessBank QSC Oturacaqların təchizatı üzrə tender elan edir

AccessBank QSC Oturacaqların təchizatı üzrə tender elan edir AccessBank QSC maraqlanan…
►►►
İqtisadiyyat / Biznes

"GL" ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir

“GL” ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir 1…
►►►
İqtisadiyyat / Biznes

Estoniya ilə ticarət dövriyyəsinin dinamikası müsbətdir

Estoniya ilə ticarət dövriyyəsinin dinamikası müsbətdir Bu ilin yanvar-oktyabr aylarında…
►►►