VTB uşaqlar üçün düşərgə təşkil etdi

Bank VTB (Azərbaycan) artıq üçüncü ildir ki, aztəminatlı ailələrdən və sığınacaqlardan olan uşaqlar üçün “Yay düşərgəsi” təşkil edir. Bakıdakı Rus Evi, GİD CSR Consulting və Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan yeparxiyası ilə birlikdə VTB Bakıdakı bazar günü məktəblilərini və “Təmiz dünya” sığınacağının balaca sakinlərini bir araya topladı. Budəfəki ikigünlük uşaq düşərgə “Maricel Astara Resort”da təşkil olunmuşdur.

Artıq ənənə halını almış layihənin proqramına əsasən uşaqlar üçün intellektual və idman oyunları, maliyyə savadlılığına dair qısa mühazirələr və faydalı master-klaslar keçirildi. Təlim və oyunlar zamanı gənc iştirakçılar pulun rolu və şəxsi büdcənin aparılması prinsipləri haqqında məlumat əldə edib, əsas bank məhsulları ilə, həmçinin marketinqin əsasları ilə tanış oldular.

4Layihənin sonunda VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin Direktoru Y.Borodin, VTB (Azərbaycan)-ın Reklam, Marketinq və Xüsusi Layihələr şöbəsinin rəhbəri K.Danyalova, Bakıdakı Rus Evinin rəhbəri İ.Zinnurov, həmçinin Müqəddəs Arxangel Kilsəsinin baş keşişi Mefodiy ata uşaqlara xatirə hədiyyələri təqdim etdilər.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►