“Azəri-Mərkəzi-Şərqi” platformasının üst modulu ASCO-nun “STB-1” barjı vasitəsilə yola salınıb

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunda tikilən “Azəri Mərkəzi Şərqi” (ACE) platformasının üst modulu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “STB-1” barjına yüklənərək dənizdəki əməliyyat yerinə çatdırılması üçün yola salınıb.

Barj xüsusi yedək gəmilərinin müşaiyəti ilə təyinat məntəqəsinə göndərilib.

ACE platformasının üst modulunun çəkisi 19600 ton, hündürlüyü 36 metrdir.

Qeyd edək ki, “Azəri Mərkəzi Şərqi” layihəsində istismar olunması üçün ASCO-nun “STB-1” barjında ötən il zəruri modifikasiya işləri aparılıb. Barjın tələb olunan dərəcə üzrə sertifikasiyası yenilənib.

Əlaqədar məqalələr
Nəqliyyat / Logistika

Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir

Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir Azərbaycan Hava Yolları…
►►►
Nəqliyyat / Logistika

Azərbaycan Hava Yolları Tbilisi və İstanbul istiqamətində reyslərin sayını artırır

Azərbaycan Hava Yolları Tbilisi və İstanbul istiqamətində reyslərin sayını…
►►►
Nəqliyyat / Logistika

Azərbaycan Hava Yolları Qarsa ilk reysini həyata keçirib

Azərbaycan Hava Yolları Qarsa ilk reysini həyata keçirib Azərbaycan Hava Yolları…
►►►