“Gəmi modelçiliyi” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Heydər Əliyev İli” çərçivəsində elan etdiyi “Gəmi modelçiliyi” müsabiqəsi başa çatıb.

Həm böyüklər, həm də uşaqlar üçün nəzərdə tutulmuş müsabiqə qaliblərini peşəkar gəmi modelçiləri və gəmiqayırma mühəndisləri müəyyənləşdiriblər.

Böyüklər arasında keçirilən müsabiqənin nəticələrinə əsasən, Elxan Mehdiyevin təqdim etdiyi iş qalib olub. Vüqar Musayev ikinci, Ramiz Əliyev üçüncü yeri tutub. Nadir İsmayılov və Samir Kərimovun gəmi modelləri isə həvəsləndirici mükafata layiq görülüb.

Uşaqlar arasında keçirilən müsabiqənin qalibi Lalə Həmidzadə olub. Azad İbadlı və Mehriban Ramazanova isə müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.

Qaliblərə mükafat və sertifikat təqdim olunub.

Qeyd edək ki, gəmi-modelçiliyi müsabiqəsinin əsas məqsədi bu sahəyə maraq göstərənlərin yaradıcılıq stimulunu artırmaq, onlar arasında təcrübə mübadiləsi üçün səmərəli mühit yaratmaqdan ibarətdir.

Əlaqədar məqalələr
Nəqliyyat / Logistika

“Sonsuz üfüqlərə doğru”

“Sonsuz üfüqlərə doğru”: Azərbaycan Hava Yolları brendinin yeni vizual manifestini…
►►►
Nəqliyyat / Logistika

Azərbaycan Hava Yolları ilk dəfə beynəlxalq nüfuzlu....

Azərbaycan Hava Yolları ilk dəfə beynəlxalq nüfuzlu “Great Place to Work” sertifikatı…
►►►
Nəqliyyat / Logistika

Azərbaycan Hava Yolları və “Uzum Bank” Özbəkistan sərnişinləri üçün onlayn ödəniş imkanlarını genişləndirir

Azərbaycan Hava Yolları və “Uzum Bank” Özbəkistan sərnişinləri üçün onlayn ödəniş…
►►►