İdxal-ixrac olunan məhsullarda, istehsal və saxlanma yerlərində fumiqasiya (zərərsizləşdirmə) tədbirləri davam etdirilir

Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən fiziki və hüquqi şəxslərin müraciəti əsasında cari ilin avqust ayı ərzində Respublika ərazisində 4439.82 ton dənli və paxlalı bitkilərin məhsulları, yemlər, texniki yüklər, qurudulmuş meyvələr və digər materiallar (tütün, pambıq, biyan və digər karantin nəzarətində olan materiallar), 27044.93 m³ meşə materialları (taxta altlıqlar (paletlər), qutular və s), 59616 m³ saxlanma yeri, 23600 m² istixana və digər yerlər zərərsizləşdirilmişdir.

Keçirilən Fumiqasiya (zərərsizləşdirmə) tədbirləri nəticəsində ölkə ərazisində, sahibkarlara məxsus istehsal və saxlanma yerlərində fitosanitar vəziyyət sabitləşmiş, idxal olunan məhsullarda zərərvericilərin ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısı alınmışdır.

Bildiririk ki, zərərsizləşdirmə tədbirləri karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir. Tələblərə riayət etməyən şəxslər fitosanitar tədbirlərin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Yüksək toksiki maddələr olduğuna görə qeyri-dövlət fitosanitar xidməti subyektləri tərəfindən fumiqasiya tədbirlərinin aparılmasına yol verilmir.

Mərkəzin fumiqasiya dəstələri tərəfindən sahibkarların müraciəti əsasında beynəlxalq standartların tələblərinə və mövcud təlimata uyğun olaraq operativ və keyfiyyətli fumiqasiya tədbirləri  həyata keçirilir. Xidmətlərdən istifadə etmək üçün Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə (Tel: 012-563-58-45; 050-644-74-15; 070-965-62-14, fumiqasiya@axa.gov.az) müraciət edə bilərsiniz.

Əlaqədar məqalələr
Qida sənayesi / Kənd təsərrüfatı

Yanvar-oktyabr aylarında 124,4 milyon dollarlıq meşə fındığı ixrac edilib

Yanvar-oktyabr aylarında 124,4 milyon dollarlıq meşə fındığı ixrac edilib Bu ilin…
►►►
Qida sənayesi / Kənd təsərrüfatı

Dekabrın 1-dək 177 635 fermer payızlıq....

Dekabrın 1-dək 177 635 fermer payızlıq əkinlərini EKTİS-də bəyan edib Payızlıq…
►►►
Qida sənayesi / Kənd təsərrüfatı

Saatlıda Aqrar Biznes və “Pambıq” festivalları keçirilib

Saatlıda Aqrar Biznes və “Pambıq” festivalları keçirilib Kənd Təsərrüfatı…
►►►