Qaradağ Sənaye Parkının rezidenti beynəlxalq sərgidə iştirak edir

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Beynəlxalq “NEVA 2023” sərgisində öz stendi ilə təmsil olunur.

Agentlikdən verilən məlumata görə, sərgi iştirakçılarına Bakı Gəmiqayırma Zavodunun ümumi fəaliyyəti, həyata keçirilmiş layihələr barədə məlumat verilir.

Eyni zamanda, sərgi çərçivəsində müxtəlif işgüzar görüşlər təşkil edilib. Görüşlərdə Bakı Gəmiqayırma Zavodunun gəmiçilik sahəsindəki qabaqcıl təcrübəsi, zavodun imkanlarının genişləndirilməsi, gələcəkdə həyata keçiriləcək layihələr müzakirə olunub.

Sərgi 21 sentyabr tarixinə qədər davam edəcək.

Əlaqədar məqalələr
Nəqliyyat / Logistika

Azərbaycan Hava Yolları donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib

Azərbaycan Hava Yolları donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib AZCON…
►►►
Nəqliyyat / Logistika

“Sonsuz üfüqlərə doğru”

“Sonsuz üfüqlərə doğru”: Azərbaycan Hava Yolları brendinin yeni vizual manifestini…
►►►
Nəqliyyat / Logistika

Azərbaycan Hava Yolları ilk dəfə beynəlxalq nüfuzlu....

Azərbaycan Hava Yolları ilk dəfə beynəlxalq nüfuzlu “Great Place to Work” sertifikatı…
►►►