AQTİ müvafiq vəzifələr üzrə vakansiya elan edir

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Mərkəzi Baytarlıq Laboratoriyasının Qax, Sabirabad, Bərdə, Quba regional bölmələrində, Göygöl, Lənkəran və Tovuz regional sınaq laboratoriyalarına baytarlıq sahəsində seroloq, mikrobioloq və virusoloq vəzifələri üzrə ixtisaslaşmış mütəxəssisləri işə dəvət edir.

Namizədlər laboratoriyada biotəhlükəsizlik və biomühafizə üzrə, eləcə də heyvan xəstəlikləri və onların laborator müayinələri haqqında biliklərə sahib olmalı, baytarlıq üzrə qanunvericiliyin və bu sahədə normativ hüquqi sənədlərin tələblərini bilməlidir. Namizədlərdən müvafiq sahə üzrə iş təcrübəsi, rus və ingilis dili bilikləri tələb olunur.

İşə qəbul müsahibə əsasında aparılacaq. Tələblərə cavab verən namizədlər CV-lərini mövzu yerinə müraciət etdikləri laboratoriyanın adını qeyd edərək, hr.aqti@afsa.gov.az e-poçt ünvanına göndərə bilərlər.

CV-lər təhlil edildikdən sonra namizədlərlə əlaqə saxlanılacaq.

Əlaqədar məqalələr
Vacancy

Azərbaycan Sahibkarlar Konfederasiyası vakansiya elan edir

Azərbaycan Sahibkarlar Konfederasiyası “Sahibkarlarla iş şöbəsinin baş mütəxəssisi”…
►►►
Vacancy

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start verilir

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start…
►►►
Vacancy

Ekvayrinq üzrə menecer / baş mütəxəssis

Ekvayrinq üzrə menecer / baş mütəxəssis Vəzifə öhdəlikləri Ekvayrinq…
►►►