Etibarnamə ilə avtomobil almaq “Etibarlıdırmı”?

Bu dəfə sözüm etibarnamə ilə avtomobil alanlaradır. Etibarnamə ilə avtomobil almaq olarmı? Nə kimi riskləri var? 

Başdan deyim ki, bu cür əməliyyat risklidir və tövsiyə edilmir. Niyə?

Birincisi, (və ən başlıcası), ETİBARNAMƏ MÜLKİYYƏT HÜQUQU VERƏN SƏNƏD DEYİL. Etibarnamə alqı-satqı müqaviləsi deyil və onu heç bir halda əvəz etmir. Faktiki olaraq, avtomobili alıb onun əvəzinə pul ödəsəniz belə, qanuni olaraq siz aldığınız avtomobilin mülkiyyətçisinə çevrilmirsiniz. Siz sadəcə həmin əmlakı, yəni avtomobili idarə edə bilirsiniz və yaxud mülkiyyətçinin adından bəzi əməliyyatlar apara bilirsiniz.

İkincisi, etibarnamə ilə avtomobil aldıqdan sonra ciddi problemlər ortaya çıxa bilər: əsl mülkiyyətçinin (yəni, sizə satan adamın) borclarına görə, avtomobilin üzərinə həbs qoyula bilər, avtomobil hərraca çıxarıla bilər, mülkiyyətçi avtomobili geri tələb edə bilər, etibarnamə özü qüvvədən düşə bilər və s. Bir sözlə: avtomobil əlinizdən çıxa bilər.

Pis vəziyyətdə qalan alıcının isə yeganə çıxış yolu avtomobilə görə ödənilmiş pulun satıcıdan tələb etməkdir. Bunun üçün isə Siz məhkəməyə müraciət etməli və pulun verilməsini sübut etməli olacaqsınız. Bu da, özü-özlüyündə qəliz və vaxtaparan prosedurdur.

Nəticə: Göründüyü kimi, etibarnamə ilə avtomobil alınması ilk başdan rahat görsənsə belə, özündə ciddi riskləri daşıyan bir əməliyyatdır. Məhz elə buna görə də, etibarnamə ilə avtomobil alqı-satqısından birmənalı çəkinmək lazımdır.

Vəkil Leyla Əkbərova

Əlaqədar məqalələr
Book Cafe

Zərgərlik məmulatları və qiymətli daşlar....

Zərgərlik məmulatları və qiymətli daşlar sahəsində yeni dövlət standartları qəbul…
►►►
Book Cafe

Elan

Uşaqlar və yetkinlik yaşına çatmayan şəxslər üçün nəzərdə tutulan məhsulların…
►►►
Book Cafe

İnanma, yoxla: fırıldaqçı məktublarından necə qorunmalı

İnanma, yoxla: fırıldaqçı məktublarından necə qorunmalı Bu gün fırıldaqçılar…
►►►