ADY tarixində ilk dəfə qadın maşinistlər hazırlanır

“Azərbaycan Dəmir Yolları” QSC ilk dəfə qadın maşinistlər hazırlayacaq. 

Hazırlıq prosesi çərçivəsində Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində stansiya növbətçisi ixtisasında təhsil alan qadın tələbələr ADY-də xüsusi təlimlərdən keçəcəklər. Təlimlərdən sonra müvafiq imtahanı uğurla başa vuranlar dəmiryol nəqliyyatının idarə edilməsi üçün vəsiqə qazanacaqlar. 

Peşə Təhsil Mərkəzinin bir qrup tələbəsi artıq Bakı Dəmiryol Vağzalında müasir sürət qatarlarının idarə edilməsi ilə yaxından tanış olub, burada ADY mentorları ilə söhbət aparıblar. Tələbə Ağsənəm Məmmədova bildirib ki, ən böyük arzularından biri Azərbaycan dəmir yollarında ilk qadın maşinist olmaqdır.

Tələbələrin ilkin olaraq istehsalat təcrübəsinə cəlb olunması nəzərdə tutulur. 

Əlaqədar məqalələr
Nəqliyyat / Logistika

AZAL pərakəndə satış üzrə “Accelya” ilə əməkdaşlığa başlayır

AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə…
►►►
Nəqliyyat / Logistika

ADY yeni marşrut üzrə sərnişindaşıma xidmətinə başlayır

ADY yeni marşrut üzrə sərnişindaşıma xidmətinə başlayır: Qəbələyə hər gün…
►►►
Nəqliyyat / Logistika

"AZƏRBAYCAN DƏMİR YOLLARI" QSC-nin istiqrazlarının abunə...

“AZƏRBAYCAN DƏMİR YOLLARI” QSC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə…
►►►