Satışları artırmağın bir çox yolu var, lakin Coca-Cola marketoloqları ən orijinalın seçdilər – onlar qış bayramının simvolunu sözün əsl mənasında yenidən kəşf etdilər.
1930-cu illərin əvvəllərində Coca-Cola qeyd etdi ki, içki yayda əla alınır, lakin qışa qədər satışların sayı ciddi şəkildə azalır. Bəs soyuq mövsümdə müştərilərə sərin qazlı içkini içməyə necə vadar etmək olar? Tapşırığın asan olmadığı ortaya çıxdı, çünki bundan əvvəl brendin reklamı əsasən klassik şəkillərdə, məsələn, bir stəkan kola ilə dincələn insanlar kimi təsvir edilirdi. Sonra şirkətin əməkdaşlarının ağlına parlaq bir fikir gəldi: Coca-Cola reklamlarında Milad simvolu – sehrbaz Santa-Klausdan istifadə etmək. O zaman insanlar Santa Klausun necə göründüyü barədə çox az təsəvvürə malik idilər. Əfsanələrə görə, o, özündə elf, qnom və kilsə xidmətçisinin xüsusiyyətlərini birləşdirir. Çətin ki,belə bir xarakterli reklam satışın artmasına kömək edə bilər. Coca-Cola reklamçıları Santa Klausu müştərilərə daha cəlbedici etmək üçün rəssam Hedon Sandbama yeni Milad sehrbazı obrazını təsvir etməkdən ötrü müraciət etdilər. Santa Klaus, elf və qnomdan, qotazlı papaq və qırmızı paltarlı mehriban, dolu bir qocaya çevirildi. Coca-Cola reklamlarında Santa marallı kirşəsinə minir, evlərin bacalarına tullanır, uşaqlara hədiyyələr buraxır və ən əsası canlandırıcı içki içirdi. Məhz Santanın bu obrazı zamanla əsl klassikaya çevirildi, qırmızı papaq və saqqal dünyanın bir çox ölkəsində dəyişməz yeni il atributları olaraq qalır.