Doqquz ayda 80,8 milyon dollar dəyərində meşə fındığı ixrac edilib

Bu ilin yanvar-sentyabr ayları ərzində ölkədən 80,8 milyon ABŞ dolları dəyərində 16,1 min tondan çox meşə fındığı ixrac edilib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin eyni göstəriciləri ilə müqayisədə dəyər olaraq 10,7 faiz (7,83 milyon dollar), həcm olaraq isə 20 faiz (2,69 min ton) çoxdur.

Cari ilin avqust ayına nisbətdə isə sentyabrda fındığın ixrac dəyəri 68,8 faiz və ya 4,23 milyon dollar, həcmi isə 67,3 faiz və ya 823,67 ton artaraq müvafiq olaraq 10,37 milyon dollar və 2,04 min ton təşkil edib.

Qeyd edək ki, 2023-cü ilin ilk 9 ayında fındığın ümumi ixracda xüsusi çəkisi 0,31 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 3,32 faizə bərabər olub.

Əlaqədar məqalələr
Qida sənayesi / Kənd təsərrüfatı

Bakıda növbəti “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Bakıda növbəti “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq 5-6 iyul…
►►►
Qida sənayesi / Kənd təsərrüfatı

Azərbaycanda süd istehsalı cüzi artıb

Azərbaycanda süd istehsalı cüzi artıb 2025-ci ilin yanvar-may aylarında quş əti də daxil…
►►►
Qida sənayesi / Kənd təsərrüfatı

Fermerlərin diqqətinə!!!

Fermerlərin diqqətinə: Bir torpaq sənədi üzrə 3 ha və daha çox sahəni bəyan etmiş…
►►►