SƏTƏMM mühəndislərinin işə qəbulu elan edilir
“Bakı Metropoliteni” QSC Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsində SƏTƏMM mühəndisi vəzifəsi üzrə işə qəbul elan edir.
Müsabiqədə iştirak etmək istəyənlərə əsas tələblər və şərtlər aşağıdakılardır:
- Ali texniki təhsil;
- Ən azı 2 il müvafiq iş təcrübəsi (Tikinti üzrə təcrübə arzuolunandır);
- MS Office proqramlarında (Outlook, Word, Excel, Power Point) işləmək bacarığı;
- Sahə üzrə diplom, sertifikat və s. arzuolunandır;
- İngilis və rus dillərini bilmək arzuolunandır.
Ərizə forması doldurularkən, “işləmək istədiyiniz işin adı” xanasına “SƏTƏMM mühəndisi” mütləq qaydada qeyd olunmalıdır.
Xüsusi qeyd: Ərizə formaları proqramlaşdırılmış qaydada avtomatik qeydə alınır. Bu səbəbdən göstərilən müddətdən əvvəl və sonra göndərilən, eləcə də müvafiq qaydada “SƏTƏMM mühəndisi” qeydi olmayan ərizələr CV bankına daxil olmur.