“AzerGold” QSC sikkə kolleksiyasının istehsalında yeni texnologiyaların tətbiqinə hazırlaşır

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Satış və mübadilə mərkəzində Lixtenşteyn Knyazlığınının “CIT Coin Invest AG” şirkətinin rəhbər heyəti ilə işgüzar görüş keçirilib.

Görüşdə müasir numizmatika sahəsində inqilabi texnologiya hesab edilən “Smartminting” prosesinin yaradıcısı və sözügedən texnologiya üzrə patent sahibi olan beynəlxalq şirkətlə əməkdaşlığın müxtəlif aspektləri müzakirə edilib.

Qeyd edilib ki, “AzerGold” QSC fəaliyyətinin bütün istiqamətləri üzrə, xüsusilə də istehsal sahəsində qabaqcıl texnologiyaların, innovativ yanaşmaların geniş tətbiqində maraqlıdır. Cəmiyyət 2019-cu ildən etibarən pərakəndə satış bazarına təqdim etdiyi qızıl sikkə çeşidlərininin hazırlanmasında müasir və alternativ istehsal həlli olan “Smartminting” texnologiyasının üstünlüklərindən faydalanmaq niyyətindədir.

Daha sonra “CIT Coin Invest AG” şirkətinin istehsalat təcrübəsindən bəhs edilib. “Smartminting” texnologiyasının ən böyük üstünlüyünün qeyri-adi, mürəkkəb dizaynların detallarını dəqiqliklə əks etdirmək, 3 ölçülü və daha qabarıq formalarda relyefli sikkələri istehsal etmək olduğu bildirilib.  Bu texnologiya əsasında hazırlanacaq məhsulların digər sikkə çeşidləri kimi alıcıların yüksək marağına səbəb olacağına əminlik ifadə edilib.

Xatırladaq ki, “AzerGold” QSC tərəfindən yerli pərakəndə satış bazarı üçün qızıl və gümüşdən hazırlanan sikkələr ilk dəfə 2018-ci ildə istehsal edilib. Müxtəlif dizaynlarda hazırlanmış qızıl və gümüş sikkə kolleksiyaları ölkəmiz və onun tarixi, incəsənəti, mədəni irsinin təbliğinə xidmət edən unikal hədiyyə seçimi, həm də istənilən zaman milli valyuta ilə mübadilə edilə bilən sərfəli investisiya alətidir.

Əlaqədar məqalələr
Made in Azerbaijan

“Laçın” qızıl və gümüş sikkə kolleksiyası təqdim edildi

“Laçın” qızıl və gümüş sikkə kolleksiyası təqdim edildi Azərbaycanın aparıcı…
►►►
Made in Azerbaijan

Nar ixracatçıları ilə görüş keçirilib

Nar ixracatçıları ilə görüş keçirilib Görüşdə nar və nar məhsullarının ixrac…
►►►
Made in Azerbaijan

“AzerGold” QSC-də korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə seminarı keçirilib

“AzerGold” QSC-də korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə seminarı…
►►►