Aqrar Sığorta Fondu beynəlxalq təkrar sığorta şirkətləri ilə görüşlər keçirib

Fondun riskləri Almaniya, İsveçrə, Türkiyə və Azərbaycanın təkrar sığorta şirkətləri tərəfindən sığortalanır.

«Kənd Təsərrüfatı Sığortaçılarının Beynəlxalq Assosiasiyası»nın (AIAG) 37-ci Beynəlxalq Konqresində iştirak etmək üçün İsveçrənin Cenevrə şəhərində səfərdə olan Aqrar Sığorta Fondunun rəhbərliyi ilə beynəlxalq sığorta və təkrarsığorta şirkətləri ilə işgüzar görüşlər keçirilib.

Fonddan verilən məlumata görə, ASF-nin idarə heyətinin sədri Fuad Sadıqov İsveçrə, Almaniya, Türkiyə və digər ölkələrin iri təkrar sığorta şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib.

Görüşlərdə Azərbaycanda kənd təsərrüfatı riskləri, tətbiq edilən aqrar sığorta modeli, onun iş prinsipi, əhatə etdiyi predmetlər və qarşıladığı risklər, eləcə də sistemin inkişafı ilə bağlı planlar açıqlanıb.

Eləcə də Aqrar Sığorta Fondu ilə beynəlxalq təkrarsığorta şirkətləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib.  

Aqrar Sığorta Fondu ilə qardaş Türkiyənin Kənd Təsərrüfatı Sığortaları Sistemi – TARSİM-in rəhbərliyi arasında keçirilən görüşdə iki qurum arasında əməkdaşlığın daha da genişləndirilməsi və təcrübə mübadiləsi məsələləri müzakirə mövzusu olub.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 19 avqust 2019-cu il tarixli fərmanı ilə yaradılan Aqrar Sığorta Fondu bitkiçilik, heyvandarlıq və akvakultura üzrə riskləri sığortalayır.

Fondun riskləri Almaniya, İsveçrə, Türkiyə və Azərbaycanın təkrar sığorta şirkətləri tərəfindən hər il sığortalanır.

Əlaqədar məqalələr
Qida sənayesi / Kənd təsərrüfatı

Xocalıda qadın fermerlərin bilik....

Xocalıda qadın fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə…
►►►
Qida sənayesi / Kənd təsərrüfatı

Xankəndi şəhərində Aqrar Biznes Festivalı....

Xankəndi şəhərində Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası…
►►►
Qida sənayesi / Kənd təsərrüfatı

Azərbaycan "Anuga 2025" sərgisində iştirak edir

Azərbaycan “Anuga 2025” sərgisində iştirak edir Azərbaycan məhsulları…
►►►