Sınaq müddəti haqda 3 yanlış fikir (I hissə)

(Təcrübədən konkret mısallarla)

  1. Məmməd 15 il iş təcrübəsi olan peşəkar mühasibdir. Yaxın dostunun onun şirkətində baş mühasib işləmək təkifini qəbul edir. Lakin işə düzələn zaman HR ona bildirir ki, guya qaydalara əsasən, bütün yeni işçilərə mütlər sınaq müddəti təyin edilməli və Məmməd də təyin ediləcəkdir. HR-ın fikri yanlışdırNİYƏ?

    ÇÜNKİ: Sınaq müddətinin təyin edilib edilməməsi işəgötürənin öhdəliyi DEYİL, yalnız hüququdur və onun seçimindən asılıdır. Sınaq müddətinin mütləq qaydada təyin olunması halı qanunda yoxdur.
  2. Banka işə düzələrkən Gülərə bildirdilər ki, ilk 4 (dörd) ay sınaq müddəti olacaq. 4 aydan sonra komissiya təşkil olunacaq və Gülərin işi qənaətbəxş hesab olunarsa, rəhbərlik onunla işləməyə davam edəcək. Bu, yanlışdırNİYƏ?

    ÇÜNKİ: Sınaq müddəti 3 (üç) aydan artıq ola bilməz. Əmək müqaviləsində belə bir bənd varsa belə, həmin bənd etibarsızdır.
  3. Arif çoxdandır arzuladığı işə düzəlir, hər şey onun istədiyi kimi rəsmiləşdirilir: müddətsiz əmək müqaviləsi, yüksək maaş və s. Lakin iki ay keçdikdən sonra, Arifə bildirirlər ki, onunla olan əmək münasibətlərinə sınaq müddətində özünü doğrultmadığına görə, xitam verilir. Vəkil konsultasiyasına gələn Arif xoşbəxtlikdən əmək müqaviləsini özü ilə gətirir. İncələmə zamanı məlum olur ki, Arifə, sən demə, ümumiyyətlə sınaq müddəti təyin edilməyib. Nəticədə, həmin əsas ilə Arifi işdən çıxara bilmirlər. NİYƏ?

    ÇÜNKİ: Əgər əmək müqaviləsində sınaq müddəti göstərilməyibsə, həmin əmək müqaviləsi sınaq müddəti müəyyən edilmədən bağlanmış hesab olunur.

Vəkil Leyla Əkbərova

Əlaqədar məqalələr
Book Cafe

Zərgərlik məmulatları və qiymətli daşlar....

Zərgərlik məmulatları və qiymətli daşlar sahəsində yeni dövlət standartları qəbul…
►►►
Book Cafe

Elan

Uşaqlar və yetkinlik yaşına çatmayan şəxslər üçün nəzərdə tutulan məhsulların…
►►►
Book Cafe

İnanma, yoxla: fırıldaqçı məktublarından necə qorunmalı

İnanma, yoxla: fırıldaqçı məktublarından necə qorunmalı Bu gün fırıldaqçılar…
►►►