Azərbaycanla sərhəddə Rusiyadan yük avtomobillərinin hərəkəti bərpa edilib

Bu gündən Azərbaycanla sərhəddə yerləşən “Taqirkent-Kazmalyar” keçid məntəqəsində (Dağıstan) Rusiyadan çıxış istiqamətində yük avtomobillərinin hərəkəti bərpa edilib.

“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı “Rosqranstroy”ya istinadən xəbər verir ki, bu gündən etibarən hər iki istiqamətdə yük maşınlarının hərəkəti təmin edilib.

Xatırladaq ki, cari ilin iyul ayının 1-dən etibarən “Taqirkent-Kazmalyar”da yeni yol örtüyünün döşənməsi ilə bağlı təmir işlərinin aparılması ilə əlaqədar dövlət nəzarəti orqanları ilə birlikdə ağır tonnajlı avtonəqliyyat vasitələrinin ölkədən çıxışının müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilmişdi. Bununla yanaşı, ağır yük maşınlarının Rusiyaya daxil olmasına icazə verilmişdi.

Əlaqədar məqalələr
Nəqliyyat / Logistika

Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir

Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir Azərbaycan Hava Yolları…
►►►
Nəqliyyat / Logistika

Azərbaycan Hava Yolları Tbilisi və İstanbul istiqamətində reyslərin sayını artırır

Azərbaycan Hava Yolları Tbilisi və İstanbul istiqamətində reyslərin sayını…
►►►
Nəqliyyat / Logistika

Azərbaycan Hava Yolları Qarsa ilk reysini həyata keçirib

Azərbaycan Hava Yolları Qarsa ilk reysini həyata keçirib Azərbaycan Hava Yolları…
►►►