Bakı aeroportunun sərnişin dövriyyəsi 5,3 milyonu ötüb

Bu ilin yanvar-noyabr ayları ərzində Bakı hava limanının ümumi sərnişin dövriyyəsi 31,2 faiz artaraq 5,3 milyon nəfər təşkil edib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, ötən ilin eyni dövründə bu göstərici 4,04 milyon nəfər olub. Bu müddət ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 45 minə yaxın reys həyata keçirilib.

Beynəlxalq istiqamətlərdə daşınan bütün sərnişinlərin 58,5 faizi xarici aviadaşıyıcıların payına düşür ki, bu dövrdə onlar tərəfindən 2,71 milyon sərnişin daşınıb. Bakı hava limanından sərnişin daşımalarının qalan hissəsini isə “Azərbaycan Hava Yolları” (AZAL) həyata keçirib. Bu dövrdə AZAL 1,9 milyondan çox sərnişinə beynəlxalq uçuşlarda, 660 min sərnişinə isə Naxçıvan istiqamətində xidmət göstərib.

2023-cü ilin 11 ayı ərzində 42 aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportuna müntəzəm uçuşlar həyata keçirib ki, onların da 18-si aşağıbüdcəli aviadaşıyıcılardır. Onların payına düşən sərnişinlərin sayı ümumi xarici aviaşirkətlərə nisbətdə 43,4 faiz təşkil edib. Ümumilikdə, ən çox sərnişin “Turkish Airlines”, “Georgian Wings”, “Aeroflot”, “Utair” və “FlyDubai” aviaşirkətləri tərəfindən daşınıb.

Əlaqədar məqalələr
Nəqliyyat / Logistika

AZAL pərakəndə satış üzrə “Accelya” ilə əməkdaşlığa başlayır

AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə…
►►►
Nəqliyyat / Logistika

ADY yeni marşrut üzrə sərnişindaşıma xidmətinə başlayır

ADY yeni marşrut üzrə sərnişindaşıma xidmətinə başlayır: Qəbələyə hər gün…
►►►
Nəqliyyat / Logistika

"AZƏRBAYCAN DƏMİR YOLLARI" QSC-nin istiqrazlarının abunə...

“AZƏRBAYCAN DƏMİR YOLLARI” QSC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə…
►►►