Rüb üzrə gəlir olmazsa hesabat verilməlidirmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir.

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 01.01.2023-cü il tarixdən etibarən yalnız hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən əməliyyatlar aparan, habelə vergitutma obyektləri olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilmiş müddətdə təqdim olunmamasına görə vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən, 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmayan vergi ödəyicilərinə vergi hesabatının əsas olmadan müəyyən edilmiş müddətdə təqdim olunmamasına görə maliyyə sanksiyası tətbiq edilmir.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci və 57.1-ci maddələri

Əlaqədar məqalələr
Book Cafe

Azercell yeni rouminq paketlərini istifadəyə verir

Azercell yeni rouminq paketlərini istifadəyə verir “Azercell Telekom” MMC rouminq internet…
►►►
Book Cafe

Kompüterdə oğru var: “Stealka” adlı yeni....

Kompüterdə oğru var: “Stealka” adlı yeni troyan “Windows” istifadəçilərinin…
►►►
Book Cafe

Məzuniyyətdə olan işçinin əmək müqaviləsinə xitam verilməsi

Məzuniyyətdə olan işçinin əmək müqaviləsinə xitam verilməsi Azərbaycan Respublikası…
►►►