Aktau və Türkmənbaşı limanlarını Konstanta limanı ilə birləşdirən layihəyə start verilir

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti “ADY Konteyner” dünyanın ən böyük gəmiçilik şirkətlərindən biri olan “COSCO SHIPPING Lines”lə əməkdaşlıq çərçivəsində Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarını Rumıniyanın Konstanta limanı ilə birləşdirən yeni xidmətə start verir.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı “ADY Konteyner”ə istinadən xəbər verir ki, “COSCO SHIPPING Lines”lə icra edilən birgə layihə çərçivəsində Aktau və Türkmənbaşı limanları ilə Rumıniyanın Konstanta limanı arasında dəmiryolu və dəniz xətti ilə birgə daşımalar həyata keçiriləcək.

Layihə çərçivəsində “ADY Konteyner” şirkəti konteyner qatarlarının Aktau və Türkmənbaşı limanlarından Xəzər dənizi və dəmiryolu vasitəsilə Gürcüstanın Poti limanına çatdırılmasını həyata keçirəcək. Konteynerlər Potidən Rumıniyanın Konstanta limanına “COSCO SHIPPING Lines”ın təqdim etdiyi gəmilər vasitəsilə daşınacaq.

Aktau və Türkmənbaşı limanları ilə Konstanta limanı arasında yeni dəmiryolu-dəniz əlaqəsi hazırkı mürəkkəb vəziyyətdə təchizat zəncirinin bütövlüyünü təmin edəcək, Çin və Orta Asiya ilə Avropanı sürətli və səmərəli xidmətlə birləşdirməyə şərait yaradacaq.

Əlaqədar məqalələr
Nəqliyyat / Logistika

ADY sədrinin müavini: Dayanıqlı Orta Dəhliz üçün daha güclü regional əlaqələndirmə vacibdir

ADY sədrinin müavini: Dayanıqlı Orta Dəhliz üçün daha güclü regional əlaqələndirmə…
►►►
Nəqliyyat / Logistika

AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır

AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır 16 fevral 2026-cı il, Bakı…
►►►
Nəqliyyat / Logistika

Yazı səyahətlə qarşılayın: AZAL-dan bayram tətili üçün seçimlər

Yazı səyahətlə qarşılayın: AZAL-dan bayram tətili üçün seçimlər Yaz fəsli mühit…
►►►