ADY piyadalara çağırış edir: Dəmiryol xətlərində ani səhlənkarlıq həyatınızın yarıda qalmasına səbəb olur

Bu gün saat 08:59 radələrində Sumqayıt-Bakı istiqamətində hərəkət edən sərnişin qatarı Keşlə mənzilində hərəkətdə olarkən 1991-ci il təvəllüdlü Elsevən Nadir oğlu Kərimov qəfil qatarın qarşısına çıxıb. Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub və həmin şəxs hadisə yerində ölüb.

ADY bir daha piyadalara çağırış edərək onları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərindən yalnız müəyyən olunmuş yerlər və keçidlərdən istifadə etməklə təhlükəsiz hərəkət etmələrini ciddi tövsiyə edir.

Qeyd edək ki, bu il ərzində insanların qatar yoluna qəfil çıxması nəticəsində 8 nəfər həyatını itirib, 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu hadisələrin səbəbi birbaşa olaraq piyadaların yol hərəkəti qaydalarına əməl etməməsi və dəmir yolu xətlərini müəyyən olunmamış yerlərdən keçməsi ilə bağlı olub.

Əlaqədar məqalələr
Nəqliyyat / Logistika

AZAL pərakəndə satış üzrə “Accelya” ilə əməkdaşlığa başlayır

AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə…
►►►
Nəqliyyat / Logistika

ADY yeni marşrut üzrə sərnişindaşıma xidmətinə başlayır

ADY yeni marşrut üzrə sərnişindaşıma xidmətinə başlayır: Qəbələyə hər gün…
►►►
Nəqliyyat / Logistika

"AZƏRBAYCAN DƏMİR YOLLARI" QSC-nin istiqrazlarının abunə...

“AZƏRBAYCAN DƏMİR YOLLARI” QSC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə…
►►►