Bakı hava limanı bayram günlərində 160 minə yaxın sərnişinə xidmət göstərib

Heydər Əliyev Beynəlxalq Aeroportunda son 10 gün ərzində 160 minə yaxın sərnişinə xidmət göstərilib ki, da ötən ilin müvafiq dövrünün nəticələrindən 34,7 % çoxdur. 2022-2023 illərin analoji dövründə bu rəqəm 118 min sərnişin təşkil edib.

29 dekabr 2023-cü il – 7 yanvar 2024-cü il tarixləri arasında hava limanının bütün xidmətləri gücləndirilmiş iş rejimində çalışaraq, fasiləsiz iş rejimini təmin edib və aeroportun məsuliyyət zonasında hər hansı gecikmələrə yol verilməyib.

Bu müddət ərzində ən sıx gün 30 dekabr 2023-cü il olub. Həmin gün Bakı hava limanında 21 596 sərnişinə xidmət göstərilib, aviaşirkətlər tərəfindən isə 167 reys həyata keçirilib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan bayram günlərində ümumilikdə 35 aviaşirkət 72 istiqamətə uçuşlar yerinə yetirib. Ən populyar istiqamətlər İstanbul, Naxçıvan, Moskva, Tbilisi, Dubay, Əbu-Dabi, Şarja, Ankara, Sankt-Peterburq və Doha olub.

Əlaqədar məqalələr
Nəqliyyat / Logistika

Azərbaycan Hava Yolları Tbilisi və İstanbul istiqamətində reyslərin sayını artırır

Azərbaycan Hava Yolları Tbilisi və İstanbul istiqamətində reyslərin sayını…
►►►
Nəqliyyat / Logistika

Azərbaycan Hava Yolları Qarsa ilk reysini həyata keçirib

Azərbaycan Hava Yolları Qarsa ilk reysini həyata keçirib Azərbaycan Hava Yolları…
►►►
Nəqliyyat / Logistika

Azərbaycan Hava Yolları donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib

Azərbaycan Hava Yolları donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib AZCON…
►►►