Dəniz nəqliyyatı ilə yükdaşımalar 20 faizədək artıb

2023-cü il ərzində dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi 9 010,8 min ton təşkil edib ki, bu da 2022-ci ilin göstəricisini 19,8 faiz üstələyir.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, yüklərin 54,4 faizini neft yükləri təşkil edib.

Hesabat dövründə dəniz limanları tərəfindən 13 375,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 11 048,8 min tonu və ya 82,6 faizi tranzit yüklərin payına düşüb. Bu ilin yanvar ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 463,1 min ton təşkil edib.

Hesabat ilində dəniz nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 2022-ci ilin göstəricisinə nisbətdə 10,7 faiz artaraq 23,7 min nəfər olub.

Əlaqədar məqalələr
Nəqliyyat / Logistika

“TransLogistica Kazakhstan 2025”

“TransLogistica Kazakhstan 2025” sərgisində Azərbaycanın tranzit potensialı təqdim…
►►►
Nəqliyyat / Logistika

Bakı Limanında Vahid Keçid Mərkəzi istifadəyə verildi

Bakı Limanında Vahid Keçid Mərkəzi istifadəyə verildi AZCON Holding şirkətlərindən…
►►►
Nəqliyyat / Logistika

AZAL ilə yeni səyahət mövsümü: Avropa paytaxtlarından dəniz kurortlarına qədər

AZAL ilə yeni səyahət mövsümü: Avropa paytaxtlarından dəniz kurortlarına qədər 25…
►►►