BOKT Embafinans QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

22 fevral 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Embafinans” QSC-ninümumi dəyəri 1,500,000 (bir milyon beş yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

1 mart 2024-cü il tarixində Bakı Fond Birjasında BOKT “Embafinans” QSC-nin  istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir Yerləşdirmə üzrə anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİNİstiqrazların növü və formasıİstiqrazların sayıNominal Dəyəriİllik faiz dərəcəsiTədavül müddətiKupon faizlərinin ödəniş müddəti
AZ2012020601Faizli təmin edilməmiş sənədsiz adlı1500 (ədəd)1,000 manat11,5%18 ayHər 3 təqvim (bir ay 30 gün olduğunu qəbul etmək şərti ilə) aydan bir

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

AccessBank-ın OK kredit kartı ilə alış-veriş daha sərfəlidir

AccessBank-ın OK kredit kartı ilə alış-veriş daha sərfəlidir Müştərilərinə maksimum…
►►►
İqtisadiyyat / Biznes

"Startap" şəhadətnaməsini uğura çevirən yerli layihələr: "Hellojob.az" və "iCheck"

“Startap” şəhadətnaməsini uğura çevirən yerli layihələr…
►►►
İqtisadiyyat / Biznes

Yelo Sabit əmanət ilə illik 11.5%-dək yüksək gəlir!

Yelo Sabit əmanət ilə illik 11.5%-dək yüksək gəlir! Gələcəyinə investisiya etmək və…
►►►