“Azerbaijan Business Award” 2023 mükafatının təqdimat mərasimi keçirildi

2 mart 2024-cü il tarixində “Buta Palace”da 2023-cü ilin yekunlarına əsasən “Azerbaijan Business Award” Milli mükafatının təqdimetmə mərasimi keçirilib.

“Ticari və iqtisadi əlaqələrin inkişafına verdiyi töhfəyə görə” əsas mükafata Özbəkistanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Bahrom Aşrafxanov layiq görüldü.

Qonaqlar arasında Belarus, Gürcüstan, Qırğızıstan, Mərakeş, Rumıniya, Serbiya, Tacikistan və Türkmənistanın səfirləri iştirak edirdilər. Bundan əlavə, tədbirdə Türkiyə səfirinin iqtisadi məsələlər üzrə müşaviri, Dağıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri və Macarıstan səfirinin müavini iştirak edib.

Tədbirdə ümumilikdə dövlət qurumlarının, aparıcı şirkətlərin nümayəndələri, yüksək səviyyəli menecerlər, iqtisadiyyatın müxtəlif sahələrindən olan təmsilçilər, xarici qonaqlar və KİV nümayəndələri də daxil olmaqla 250 nəfər iştirak edirdi.

Əvvəlki illərdə olduğu kimi, bu il də bütün laureatlar iqtisadiyyatın qeyri-neft sektorunun nümayəndələridir – telekommunikasiya, tikinti sahəsi, qida sənayesi və s.

“Azerbaijan Business Award” mükafatının partnyorları “Azərmaş CP”, “Greenstream International”“Faberlic” brendi, tədbirin dost şirkətləri isə “Almond”, “Barakat”, “Bizon”, “BUZ Group”, “Corretto”, “Cruises.az”, “Kobi”, “Paloma Leather”, “EmArt studio” by Emin Gakhramanov və “King’ Style” & Parfum City idi.

“Buta Palace”da təşkil edilən tədbirdən əvvəl “Azerbaijan Business Award” mükafatına laureat şirkətlərin mal və xidmətlərinin təqdimat mərasimi təşkil edildi.

Bundan başqa “Azerbaijan Business Award” mükafatının partnyoru, “Chevrolet” brendinin ölkəmizdə rəsmi distribütoru olan və 2021-ci ildən beynəlxalq standartlara cavab verən avtomobillərin yığılmasını uğurla həyata keçirən “Azərmaş CP” şirkəti tədbirdə iki avtomobili – “Chevrolet Onix” və “Tracker”i təqdim edib.

Bu axşam qonaqlar və mükafatçılar canlı musiqi ifasından da məmnunluq hissi duydular.

Tədbirin informasiya tərəfdaşları arasında Marja.az və Rockvell var.

“Azerbaijan Business Award” 2023 mükafatının laureatları:

Bahrom Aşrafxanov, Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri – Ticari və iqtisadi əlaqələrin inkişafına verdiyi töhfəyə görə

  • Orxan Məmmədzadə, təsisçi və CEO BMG Internationalİlin iş adamı. Biznes və təhsil sahələrinin inkişafında əldə etdiyi yüksək nəticələrə görə
  • YAŞAT FonduŞəhidlərin ailə üzvləri və qazilərin təminatına dəstək istiqamətində uğurlu fəaliyyətinə görə
  • NarQarabağın dirçəlişinə göstərdiyi dəstəyə görə
  • Az Abrau MuzeyiAzərbaycanda şərabçılıq tarixinin və mədəniyyətinin

təbliğinə verdiyi töhfəyə görə

  • Avtoman – Keyfiyyətli tərəfdaş
  • S-ENNAİlin şirkəti. Lift avadanlıqlarının satışı və servisi
  • AR MetizYüksək keyfiyyət standartları. Metal şurupların istehsalı
  • Kargomatİstehlak bazarında innovativ həllər

Əlaqədar məqalələr
İncəsənət / DəbROCKVELL BOSS

"King's Style"- kralların seçimi

“King’s Style”- kralların seçimi Kişi geyimlərinin ən əsas…
►►►
ROCKVELL BOSS

“ABB yeni strateji dövrə daxil olub”

“ABB yeni strateji dövrə daxil olub” Müsahibimiz Bankın İdarə Heyətinin sədri Abbas…
►►►
City LifeROCKVELL BOSS

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsinə start verilir

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsinə start verilir EY Azərbaycan…
►►►