Yüksək məhsuldarlıq göstəricilərinə görə fərqlənən fermerlər mükafatlandırılıb

Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün fermerlər arasında elan edilən müsabiqənin qalibləri müəyyənləşib.

Müsabiqədə iştirak üçün 13 rayondan ümumilikdə 44 fermer müraciət edib. Müsabiqənin iki mərhələsi üzrə ayrı-ayrılıqda fermerlərin fəaliyyəti qiymətləndirilib.

Komissiya üzvlərinin qiymətləndirməsi nəticəsində narçılıqda yüksək məhsuldarlıq əldə etdiyinə görə fermer Şirvan Əhmədov, xurmaçılıq üzrə Muxtar Orucov, taxılçılıq üzrə Asif Hümbətov, baramaçılıq üzrə Haviz Quliyev və arıçılıq üzrə Səbuhi Nəbiyev müsabiqənin qalibi elan edilib.

Qeyd edək ki, fermerlər arasında keçirilən müsabiqənin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir.

Xatırladaq ki, müsabiqənin təşkili ilə bağlı təsdiqlənən qaydalara əsasən, müsabiqədə “Elektron Kənd Təsərrüfatı” İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş və 2 ildən az olmayan müddətdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər iştirak edə bilər.

Əlaqədar məqalələr
Qida sənayesi / Kənd təsərrüfatı

Respublika üzrə arpa sahələrinin 42,5%-ində biçin başa çatıb

Respublika üzrə arpa sahələrinin 42,5%-ində biçin başa çatıb Hazırda taxıl biçininə…
►►►
Qida sənayesi / Kənd təsərrüfatı

Pambıq sahələrinin sığortası iyunun 13-dək davam edəcək

Pambıq sahələrinin sığortası iyunun 13-dək davam edəcək Azərbaycanda pambıq əkini…
►►►
Qida sənayesi / Kənd təsərrüfatı

Azərbaycanda ilk dəfə tütün sahəsi üzrə sığorta ödənişi həyata keçirilib

Azərbaycanda ilk dəfə tütün sahəsi üzrə sığorta ödənişi həyata…
►►►