Səudiyyə Ərəbistanı və BƏƏ-yə təşkil olunacaq ixrac missiyasında iştirak üçün sənəd qəbulu elan olunur

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad və Birləşmiş Ərəb Əmirliklərin Dubay və Abu-Dabi şəhərlərinə təşkil olunacaq ixrac missiyasında iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Tarix: 14-19 oktyabr 2024-cü il
İxrac missiyasının əhatə etdiyi sahələr:

– Qida və içki sənayesi;

XİFMN üzrə məhsulun koduMəhsulun adı
04Süd məhsulları; quş yumurtası; təbii bal, başqa yerdə adı çəkilməyən və təsnif olmayan heyvan mənşəli ərzaq məhsulları
07Tərəvəz və bəzi yeməli meyvəköklülər və kök yumruları
08Yeməli meyvə və qoz-fındıq; Sitrus meyvələrinin və ya qovunun qabıqları
0902300000Qara çay (fermentləşdirilmiş) və ya qismən fermentləşdirilmiş, 3 kq-dan çox çəkisi olmayan ilkin bağlamalarda
0905-0910Müxtəlif ədviyyatlar
15Heyvan və ya bitki mənşəli piylər və  yağlar və onların parçalanması nəticəsində alınan məhsullar, hazır yeyinti piyləri heyvan ve bitki mənşəli mumlar
160100Ətdən, ət əlavələrindən və ya qandan hazırlanan kolbasalar və analoji məhsullar; onların əsasında hazırlanan hazır qida məhsulları
1602Ətdən, ət əlavələrindən və ya qandan hazırlanan hazır və ya konservləşdirilmiş digər məhsullar
1604Hazır və ya konservləşdirilən balıq; nərə balığı kürüsü və onun balıq kürüsü dənəciklərindən hazırlanmış əvəzediciləri
17Şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları
18Kakao və ondan hazırlanan məhsullar
19Taxıldan, undan, nişastadan və ya süddən alınan hazır məhsullar; un qənnadı məmulatları
20Tərəvəzin, meyvənin, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları
2103Sousların hazırlanması üçün məhsullar və hazır souslar; dad əlavələri və qarışıq ədviyyatlar; xardal tozu və hazır xardal
210500Dondurma və digər yeyinti buz növləri, tərkibində kakao olan və ya olmayan
2201Sular, təbii və ya süni mineral, qazlı sular daxil olmaqla, şəkər və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilməyən; buz və qar 
2202Sular, mineral və qazlı sular daxil olmaqla, şəkər və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilən və başqa spirtsiz içkilər

İxrac missiyasında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcəkdir.
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi – Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO.
Müsabiqə 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında 19 iyul 2024-cü il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

  • ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
  • nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
  • sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;
  • Meyarların cəmi üzrə minimum keçid balı: 20 (iyirmi) bal.

İxrac missiyasında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

  • Ərizə;
  • dəstək tədbirində iştirakla bağlı Şərtlər;
  • sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
  • son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;    
  • bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə);

Sənədlər aşağıdakı ünvan üzrə 25 iyun 2024-cü il tarixinədək təqdim olunmalıdır: Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Əlavə məlumat üçün:

Samirə Məmmədova
AZPROMO – İxracın təşviqi departamentinin İxrac bazarları ilə iş şöbəsinin müdiri
Tel: (+994 12) 598 01 47/48 (daxili 3624)
E-mail: samira.mammadova@azpromo.gov.az

Kənan Müzəffərli
AZPROMO – İxracın təşviqi departamentinin İxracatçılar ilə iş şöbəsinin böyük mütəxəssisi
Tel: (+994 12) 598 01 47/48 (daxili 3630)
E-mail: kanan.muzaffarli@azpromo.gov.az
Mob: (+994) 55 604 25 44