Azərbaycan ilk dəfə “Macfrut” sərgisində iştirak edir

Məhsullarımız “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur.

İtaliyanın Rimini şəhərində “Macfrut 2024” beynəlxalq sərgi işə başlayıb. Azərbaycan sözügedən tədbirdə ilk dəfədir iştirak edir.

İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan şirkətləri “Made in Azerbaijan” vahid ölkə stendində məhsullarını təqdim edir. Belə ki, stenddə ölkəmizdə istehsal olunan müxtəlif meyvə-tərəvəzlər, ədviyyatlar, giləmeyvələr, qurudulmuş meyvələr, bitki yağları və digər məhsullar nümayiş olunur.

Bundan başqa, stenddə qida-dəyər zəncirinin formalaşmasında rol oynayan qurumlar – Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi (AQTA), AZPROMO və ADA Universiteti təmsil olunur, ziyarətçilərə ölkəmizin aqrar sahədəki potensialı, qida sənayesində təhlükəsizliyin təmin olunması, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya imkanları, ADA və Bolonya universitetlərinin Dayanıqlı Bağçılıq Sistemləri mövzusundakı birgə sertifikat proqramı barədə ətraflı məlumat verilir. Sərgi mayın 10-dək davam edəcək.

Əlaqədar məqalələr
Made in Azerbaijan

Gəncədə Avropa Bilik Yarışı keçirilib

Gəncədə Avropa Bilik Yarışı keçirilib 5iyun Gəncə şəhərində Avropa Bilik Yarışı…
►►►
Made in Azerbaijan

“AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür

“AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür 11 fevral 2015-ci il tarixində…
►►►
Made in Azerbaijan

“AzerGold” ölkəmizi ümumdünya pul sərgisində təmsil edib

“AzerGold” ölkəmizi ümumdünya pul sərgisində təmsil edib Ölkəmizin milli…
►►►