“AzerGold” QSC-nin növbəti qızıl sikkəsi Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunub

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə qızıl sikkə kolleksiyası istehsal edilib.

Nəfis tərtibatda dizayn edilmiş, incə naxışlarla zərb edilmiş 999.9 əyarlı, 5, 10 və 20 qram çəkiyə malik qızıl sikkələr bəşər sivilizasiyasının ilk beşiklərindən olan, antik, orta əsrlər, yeni dövr maddi-mədəniyyət nümunələri, təbiət, həmçinin tarixi abidələri ilə seçilən mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi böyük şöhrət tapmış qədim diyarın şanlı keçmişinə işıq salır.

Sikkə dairəsinin üzərində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Naxçıvan Xan sarayı, Möminə Xatun türbəsi, Qazançı körpüsü, Qarabağlar türbəsi, Gülüstan türbəsi, Yusif Küseyir oğlu türbəsi, “İmamzadə” kompleksi və İlandağ təsvir olunub. Dairənin mərkəzində “Naxçıvanqala” Kompleksinin qala divarlarının mazğallarından bir fraqment dizayn edilib. “100” ədədini xatırladan dizayn elementi muxtar respublikanın 100 illik yubileyini ifadə edir.

Yeni məhsullar “AzerGold” QSC-nin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində və onlayn satış platforması – “www.azergold.gift” vasitəsi ilə alıcılara təqdim edilir.

Qeyd edək ki, “AzerGold” QSC tərəfindən Azərbaycan qızılı və gümüşündən müxtəlif dizaynlarda sikkələr, eləcə də qızıl külçələr ilk dəfə 2018-ci ildə istehsal edilib, 2019-cu ildən yerli pərakəndə satış bazarına təqdim edilib. Məqsəd ölkəmizin qiymətli metallar bazarının inkişafına təkan vermək və pərakəndə satışı stimullaşdırmaqdır.  “AzerGold” QSC-nin qızıl sikkə kolleksiyaları ölkəmizin, onun tarixi, incəsənəti, mədəni irsinin və digər dəyərlərinin təbliğinə xidmət edən unikal hədiyyə seçimi, həm də istənilən zaman milli valyuta ilə mübadilə edilə bilən sərfəli investisiya alətidir.

Əlaqədar məqalələr
Made in Azerbaijan

Gəncədə Avropa Bilik Yarışı keçirilib

Gəncədə Avropa Bilik Yarışı keçirilib 5iyun Gəncə şəhərində Avropa Bilik Yarışı…
►►►
Made in Azerbaijan

“AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür

“AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür 11 fevral 2015-ci il tarixində…
►►►
Made in Azerbaijan

“AzerGold” ölkəmizi ümumdünya pul sərgisində təmsil edib

“AzerGold” ölkəmizi ümumdünya pul sərgisində təmsil edib Ölkəmizin milli…
►►►