KOB-lar “Caspian Agro” və “İnterFood Azerbaijan” sərgilərində məhsul və xidmətlərini təqdim edir

KOB subyektlərinin məhsul və xidmətlərinin tanıdılması məqsədilə “Caspian Agro” və “İnterFood Azerbaijan” sərgisində dövlət dəstəyi ilə xüsusi stend qurulub. 

Mayın 15-də Bakı Ekspo Mərkəzində 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro”) və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi (“İnterFood Azerbaijan”) sərgiləri öz işinə başlayıb.

Əvvəlki illərdə olduğu kimi, bu il də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə mikro və kiçik sahibkarlar ödənişsiz olaraq sərgidə məhsul və xidmətlərini təqdim edirlər. KOBİA-nın təmin etdiyi dövlət dəstəyi hesabına yaradılmış xüsusi stenddə 10-a yaxın mikro və kiçik sahibkarlıq subyekti tərəfindən müxtəlif qida məhsulları, o cümlədən süd məhsulları, düyü, suxari, bal və digər arıçılıq məhsulları və s., eləcə də xidmətlər nümayiş olunur. Həmçinin stenddə KOB subyektlərinə satış imkanlarını genişləndirmək və yeni biznes əlaqələri qurması üçün müxtəlif işgüzar görüşlərin keçiriilməsi məqsədilə imkan yaradılıb.

Qeyd edək ki, “Caspian Agro” və “İnterFood Azerbaijan” sərgiləri mayın 17-dək davam edəcək. Sərgilərdə 40-a yaxın ölkədən 500-ə qədər şirkətin məhsul və xidmətləri nümayiş olunur.

Əlaqədar məqalələr
Qida sənayesi / Kənd təsərrüfatı

Yanvar-oktyabr aylarında 124,4 milyon dollarlıq meşə fındığı ixrac edilib

Yanvar-oktyabr aylarında 124,4 milyon dollarlıq meşə fındığı ixrac edilib Bu ilin…
►►►
Qida sənayesi / Kənd təsərrüfatı

Dekabrın 1-dək 177 635 fermer payızlıq....

Dekabrın 1-dək 177 635 fermer payızlıq əkinlərini EKTİS-də bəyan edib Payızlıq…
►►►
Qida sənayesi / Kənd təsərrüfatı

Saatlıda Aqrar Biznes və “Pambıq” festivalları keçirilib

Saatlıda Aqrar Biznes və “Pambıq” festivalları keçirilib Kənd Təsərrüfatı…
►►►