Bakı Fond Birjasında “ACCESSBANK” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

11 iyun 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “ACCESSBANK” QSC-nin buraxılış həcmi 2,500,000 (iki milyon beş yüz min) ABŞ dolları olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı“ACCESSBANK” QSC
Dövlət qeydiyyat nömrəsi – İSİNAZ2006004280
İstiqrazın növü və formasıİstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsuluRəqabətli hərrac
İstiqrazın sayı2500 (ədəd)
İlkin ticarət qiyməti1,000 ABŞ dolları
Buraxılış həcmi2,500,000 ABŞ dolları
İllik gəlirlilik faizi6%
Ödəmə PerioduHər 3 ayda bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə)
Tədavül müddəti18 ay
Ticarətə buraxılma tarixi14.06.2024
Anderrayter“Unicapital İ.Ş” ASC