Dövlət Xidməti sahibkarlıq subyektlərinə müraciət edib

İxrac olunan malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və belə ekspertizaların nəticələrinə uyğun olaraq malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (yalnız Bakı KOB Evində göstərilən xidmətlər üzrə) və onun regional bölmələri, eləcə də Xidmətin tabeliyində fəaliyyət göstərən İstehlak Mallarının Ekspertizası Mərkəzi və regional bölmələri bayram günlərində – 15, 17 və 18 iyun tarixlərində fəaliyyət göstərəcək.

Dövlət Xidmətinin məlumatına görə, qeyd olunan bayram günlərində sahibkarlıq subyektləri mənşə sertifikatını əldə etmək üçün yuxarıda qeyd edilən ünvanlara müraciət edə bilərlər.

Qeyd edək ki, malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu İqtisadiyyat Nazirliyinin rəsmi internet saytının xidmətlər bölməsi (https://e-services.economy.gov.az/sertifikatlar/menseForm.aspx) üzərindən həyata keçirilir.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►