“AzerGold” QSC-dən ətraf mühitin mühafizəsinə diqqət və qayğı

Ətraf mühitin mühafizəsi ötən 8 ildə olduğu kimi, bu gün də “AzerGold” QSC-nin fəaliyyətinin prioritetlərindəndir. Ekoloji monitorinq proqramına uyğun olaraq hasilat və istehsalat sahələrində hava, su və torpaq nümunələri mütəmadi olaraq analiz olunur, toz, səs-küy və vibrasiya testləri aparılır. Həmçinin QSC meşələrin bərpası səylərinə töhfə vermək, iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün müntəzəm ekoloji aksiyalar təşkil edir. Bugünədək Daşkəsən və Göygöl rayonlarında yerləşən qızıl mədənlərinin ətrafında 16 mindən çox ağac və kol bitkisi əkilib, yerli quş və balıq növlərinin artırılması məqsədi ilə işlər görülüb, bölgədə yerləşən çay və digər su hövzələri ətrafında təmizlik aksiyaları həyata keçirilib.

Əlaqədar məqalələr
ROCKVELL LIFE

VTB (Azərbaycan) baş ofisində "Talassemiyasız Həyat" Fonduna dəstək

VTB (Azərbaycan) baş ofisində “Talassemiyasız Həyat” Fonduna dəstək məqsədilə…
►►►
ROCKVELL LIFE

Yelo Bank banklararası mini-futbol liqasının çempionu olub

Yelo Bank banklararası mini-futbol liqasının çempionu olub “Fire League&#8221…
►►►
ROCKVELL LIFE

“AzInTelecom”dan şəhid övladlarına dəstək

“AzInTelecom”dan şəhid övladlarına dəstək Yeni tədris ili öncəsi “AzInTelecom”un…
►►►