Bakı hava limanı sərnişinlərə geniş istiqamətlər seçimi təklif edir

Heydər Əliyev Beynəlxalq Aeroportu 30-dan çox ölkəni əhatə etməklə dünyanın 80-ə yaxın istiqamətinə birbaşa uçuşlar həyata keçirir. Bu, aeroportun regionda mühüm nəqliyyat qovşağı kimi strateji əhəmiyyətini vurğulayır.

Sərnişinlər London, Paris, Berlin, Milan, Praqa, Vyana və Budapeşt kimi Avropanın məşhur şəhərlərinə birbaşa reyslərdən yararlana bilərlər. Bu marşrutlar biznes əlaqələrinin və turizmin inkişafına kömək edir, sərnişinlərə iş və istirahət üçün geniş istiqamətlər seçimini təmin edir.
Bundan əlavə, Yaxın Şərqin əsas mərkəzlərinə, o cümlədən Dubay, Ər-Riyad, Təl-Əviv, Bəhreyn və Dohaya uçuşlar mövcuddur ki, bu da regiona səyahəti daha da əlçatan və rahat edir.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu səyahətlərin əlçatanlığını təmin etmək üçün aparıcı aviaşirkətlərlə əməkdaşlığı genişləndirir. Hava limanında bütün sərnişinlərin ehtiyaclarını ödəmək məqsədilə müasir texnologiyalar və innovativ həllər tətbiq olunur. İnfrastrukturun inkişaf etdirilməsi, xidmət şəraitinin yaxşılaşdırılması və yüksək səviyyədə təhlükəsizliyin təmin edilməsi istiqamətdə işlər davam etdirilir.