Tunisə 163,8 milyon dollarlıq məhsul ixrac edilib
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Tunislə ticarət dövriyyəsinin ümumi həcmi 43,8 dəfə və ya 165,2 milyon ABŞ dolları artaraq 169,1 milyon dolları üstələyib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, cari ilin ilk 6 ayında Azərbaycandan Tunisə 163,8 milyon dollar dəyərində məhsul ixrac edilib. 2023-cü ilin eyni dövründə bu ölkə ilə ixrac əməliyyatları aparılmayıb.
Tunisdən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 35,2 faiz və ya 1,3 milyon dollar artaraq 5,2 milyon dollar təşkil edib.
2024-cü ilin birinci yarısının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Tunislə ticarətin payı 0,77 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 0,76 faiz bəndi çoxdur.