Bakı Limanında digər növ yüklərdə olduğu kimi qlobal iqtisadiyyatda mühüm rol oynayan konteyner daşınması üzrə də göstəricilər davamlı olaraq artmağa davam edir. Əgər ötən ilin ilk 6 ayı ərzində Bakı Limanı vasitəsilə TEU ekvivalentində 21 124 ədəd konteyner aşırılmışdısa, 2022-ci ilin eyni dövründə bu rəqəm 27 844 ədəd olub. Bu göstərici isə 31,8 % artım deməkdir.

Qeyd edək ki, Ələt qəsəbəsində yerləşən Bakı Limanı yeni multimodal logistik mərkəzdə tam olaraq fəaliyyətə başaladığı 2018-ci ildən etibarən digər növ yüklərdə olduğu kimi konteyner aşırılmasında da hər il artım qeydə alınır. Belə ki, 2018-ci ildə Bakı Limanında 22 887 ədəd konteyner aşırılmışdısa, 2019-cu ildə bu rəqəm 35 024 ədəd, 2020-ci ildə 40 345 ədəd, 2021-ci ildə isə 45 025 ədəd olub. 2018 və 2021-ci illərdə əldə edilən göstəriciləri müqayisə etdikdə görmək olar ki, artım dinamikası 2 dəfədən çoxdur. Bu ilin sonuna kimi Bakı Limanında aşırılan konteynerlərin həcmində də daha çox artımın olacağı proqnozlaşdırılır.

Əlaqədar məqalələr
Nəqliyyat / Logistika

AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə edib

AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə edib 26 iyun 2026-cı il…
►►►
Nəqliyyat / Logistika

AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub

AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub 22 iyun 2026-cı il…
►►►
Nəqliyyat / Logistika

AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində....

AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını…
►►►