Xarici mənşəli sənədlərin məsafədən tərcüməsinin rəsmiləşdirilməsi üçün portal yaradılıb

Xarici mənşəli sənədlərin məsafədən tərcüməsinin rəsmiləşdirilməsi üçün portal yaradılıb və hazırda onun sınaqları aparılır.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “Biznesə daxilolma” işçi qrupunun üzvü, Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin Nəzarət-analitik iş üzrə qrupunun rəhbəri Leyla Barxudarzadə deyib.

Onun sözlərinə görə, portal vasitəsilə fiziki və hüquqi şəxslər dünyanın istənilən nöqtəsindən elektron apostil verilmiş sənədlərin tərcüməsinin rəsmiləşdirilməsi üçün müraciət edə biləcək.

“Portalda qeydiyyatsız olaraq tərcümə təsdiqi xidmətindən yararlanmaq mümkün olacaq və hazır sənədlər müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilməklə yanaşı biznes subyektlərinin qeydiyyatını aparan vergi orqanları üçün də “bulud” texnologiyasının tətbiqi nəticəsində əlçatan olacaq. Belə ki, sahibkarın elektron müraciəti zamanı təqdim edəcəyi sənədlərin həqiqiliyi məhz “Elektron notariat” informasiya sistemi vasitəsilə yoxlanılacaq ki, bu da elektron mühitdə sənədlərin mötəbər mənbələr əsasında dövriyyəsini təmin edəcək”, – L.Barxudarzadə qeyd edib.

Əlaqədar məqalələr
Elm / Texnologiya

Bacarırsansa, tut məni

Bacarırsansa, tut məni: Kaspersky gizli şifrələmə funskiyalarına malik fidyə proqramı…
►►►
Elm / Texnologiya

Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək

Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək Azərbaycanda…
►►►
Elm / Texnologiya

Kaspersky “Sinergia II” əməliyyatı çərçivəsində INTERPOL-a yardım edib

Kaspersky “Sinergia II” əməliyyatı çərçivəsində INTERPOL-a yardım edib Əməliyyat…
►►►