Bakıda növbəti “SOCAR” brendi yanacaqdoldurma stansiyası istifadəyə verilib

“SOCAR PETROLEUM” QSC-nin strateji inkişaf planına uyğun olaraq, 2022-ci ilin ikinci yarısından etibarən ölkəmizin müxtəlif bölgələrində 17 “SOCAR” brendli stasionar və modul tipli yeni yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib, həmçinin Bakı şəhərində QSC-nin xidmət şəbəkəsinə daxil olan stansiyaların sayı aktiv şəkildə artırılıb. Bu xüsusda, Bakının Nərimanov rayonunda növbəti YDS fəaliyyətə başlayıb.
Koroğlu Rəhimov küçəsi 65 ünvanında yerləşən YDS-nin açılış mərasimində “SOCAR PETROLEUM” QSC-nin nümayəndələri iştirak ediblər. Tədbirdə görülən işlərdən və qarşıda duran hədəflərdən danışılıb, həmçinin yeni əməkdaşlara fəaliyyətlərində uğurlar arzu edilib.