Qida məhsullarının idxal-ixracı sahəsində fəaliyyət göstərən sahibkarların nəzərinə!
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin məsul şəxslərinin iştirakı ilə hər həftənin cümə axşamı saat 16:00-da qida məhsullarının idxal-ixracı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün görüşlər keçiriləcək.
Görüşlərdə qida və yem məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin idxal və ixracı ilə bağlı sahibkarların sualları cavablandırılacaq.
Sahibkarlar +99470-994-10-03 nömrəsinə zəng etməklə və ya whatsapp üzərindən yazmaqla müraciət edə bilərlər.