Azercell yeni tədris ili münasibətilə “HONOR+SuperSən” kampaniyasına start verir!

HONOR cihazlarını əldə edən abunəçilərə “SuperSən” tarif paketlərinə 50% endirim.

Yeni tədris ilində Honor smartfonları və “SuperSən” tarif paketi daha əlçatandır! Qarşıdan gələn tədris ilində abunəçilərini daha da sərfəli internet və danışıq xidmətləri ilə təmin etməyi hədəfləyən “Azercell Telekom” MMC yeni kampaniyaya start verir.

Xüsusi təklifə əsasən HONOR smartfon və ya planşetini Azercell-in satış mərkəzlərindən 229 AZN-dən başlayan qiymətlərlə alan abunəçilər, 6 ay müddətinə “SuperSən 6GB”, “SuperSən 10GB”, “SuperSən 20GB” və ya “SuperSən 30GB” tarif paketlərinə 50% endirim əldə edəcəklər. Tarif paketini aktivləşdirmək üçün müvafiq açar sözünü 7575 qısa nömrəsinə göndərmək kifayətdir. Tarifi USSD kod və ya “Azercell” tətbiqi vasitəsilə də aktivləşdirmək olar. Qeyd edək ki, “SuperSən” paketləri 6 aylıq endirim müddətindən sonra avtomatik şəkildə standart qiymətlərlə yenilənəcək.

Kampaniyadan 30.09.2024-cü il tarixinədək yararlanmaq olar. Daha ətraflı məlumat üçün bit.ly/acell_honor_az səhifəsinə keçid etməyiniz xahiş olunur.

Azercell-in yeni kampaniyasından yararlan və qarşıdan gələn tədris ilinə tam hazır ol!

Əlaqədar məqalələr
Book Cafe

Bir ekosistemində yeni mərhələ: Umico Bonus artıq Bir Bonus oldu

Bir ekosistemində yeni mərhələ: Umico Bonus artıq Bir Bonus oldu 1 sentyabr 2025-ci il…
►►►
Book Cafe

Sahibkarlıq fəaliyyəti ilə bağlı lisenziyanı necə əldə etmək olar?

Sahibkarlıq fəaliyyəti ilə bağlı lisenziyanı necə əldə etmək olar? Lisenziya…
►►►
Book Cafe

Rəqəmsal cihazları yeni tədris ilinə necə hazırlamalı....

Rəqəmsal cihazları yeni tədris ilinə necə hazırlamalı: Kasperky mütəxəssislərindən…
►►►