Yelo Bank tender elan edir

“Yelo Bank” ASC girişə nəzarət və idarəetmə sisteminin yenilənməsi üçün açıq tender elan edir. Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

  • Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
  • Ödəmə qabiliyyəti olmalı;
  • Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
  • Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
  • Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

  • Tender təklifləri 16 sentyabr 2024-cü il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Həsən bəy Zərdabi 81K ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.
  • Zərflərin hər küncü möhürlənməlidir. – Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcək.

Məhsul üzrə texniki şərt və tenderdə iştiraka dair tələblər ilə tanış olmaq üçün: https://bit.ly/3Xd1qd9

Əlaqədar məqalələr
Tender

VTB (Azərbaycan) ASC tenderin müddətini uzadıb

VTB (Azərbaycan) ASC Positive Technologies Application Firewall alınması üçün tenderin…
►►►
Tender

VTB (Azərbaycan) ASCPositive Technologies Application Firewall proqram təminatının alınması üçünTENDER ELAN EDİR

VTB (Azərbaycan) ASC Positive Technologies Application Firewall proqram təminatının alınması…
►►►
Tender

VTB (Azərbaycan) ASC tender elan edir

VTB (Azərbaycan) ASC Sea Breeze ərazisində reklam yerləşdirilməsi üçün tender elan…
►►►