Bu gündən Bakıda arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayır

Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 9-29 sentyabr tarixlərində  arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkası keçirilir. Yarmarka hər gün saat 09:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyətdə olacaq.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən arıçıların iştirakı ilə yarmarkada satışa çıxarılan məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayıb.

Xatırladaq ki, yarmarkaya qeydiyyat onlayn şəkildə bal.kendden.az saytı vasitəsi ilə  29 iyul saat 08:00-dan 2 avqust saat 20:00-dək həyata keçirilib. Yarmarkada arıçılara fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada müvafiq sayda yer ayrılıb.

Yarmarkada iştirak üçün hər bir arıçıya 2024-cü il iyulun 26-dək arıçılıq təsərrüfatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçərkən etdiyi bəyana uyğun olaraq minimum 40 arı ailəsinə malik olması tələbi qoyulub. Hər arıçı yarmarkaya maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilib.

Əlaqədar məqalələr
Qida sənayesi / Kənd təsərrüfatı

Bakıda növbəti “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Bakıda növbəti “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq 5-6 iyul…
►►►
Qida sənayesi / Kənd təsərrüfatı

Azərbaycanda süd istehsalı cüzi artıb

Azərbaycanda süd istehsalı cüzi artıb 2025-ci ilin yanvar-may aylarında quş əti də daxil…
►►►
Qida sənayesi / Kənd təsərrüfatı

Fermerlərin diqqətinə!!!

Fermerlərin diqqətinə: Bir torpaq sənədi üzrə 3 ha və daha çox sahəni bəyan etmiş…
►►►