“Təmiz Daşkəsən” layihəsi çərçivəsində növbəti ekoloji aksiya təşkil edilib

“AzerGold” QSC-nin təşkilatçılığı, “Daşkəsən Dəmir Filiz” MMC və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə “Təmiz Daşkəsən” layihəsi çərçivəsində növbəti ekoloji aksiya təşkil edilib.

 “Yaşıl dünya naminə həmrəy olaq!” şüarı ilə keçirilən aksiyada “Daşkəsən Dəmir Filiz” MMC-nin əməkdaşları və RİİB-in könüllüləri iştirak ediblər. Aksiya iştirakçıları tərəfindən Xoşbulaq kəndinin ərazisində yerləşən təqribən 2 hektara yaxın meşə ərazisi plastik, polietilen, metal, şüşə, kağız, karton və digər tərkibli tullantılardan təmizlənib. Yığılmış tullantılar çeşidlənərək, təkrar emala yönəldilib. Aksiya çərçivəsində Daşkəsən rayonu ərazisində  yeni tullantı konteynerləri və zibil qutuları yerləşdirilib.

Qeyd edək ki, “Təmiz Daşkəsən” ekoloji layihəsində əsas məqsəd təmizliyə riayət olunmasını təbliğ etmək, ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq, ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir. Bu məqsədlə “Təmiz Daşkəsən” ekoloji layihəsi çərçivəsindərayonun müxtəlif ərazilərində bu tip aksiyaların təşkili davam etdiriləcək.

Əlaqədar məqalələr
ROCKVELL LIFE

“AzInTelecom”dan şəhid övladlarına dəstək

“AzInTelecom”dan şəhid övladlarına dəstək Yeni tədris ili öncəsi “AzInTelecom”un…
►►►
ROCKVELL LIFE

İqlim Dəyişmələri üzrə Azərbaycan Gənclərin Lokal Konfransı keçirilib

İqlim Dəyişmələri üzrə Azərbaycan Gənclərin Lokal Konfransı keçirilib 2 sentyabr…
►►►
ROCKVELL LIFE

“Sıfır Tullantı” Həmrəylik Marafonu davam edir: Xəzər Günündə 768 kq tullantı toplanıldı

“Sıfır Tullantı” Həmrəylik Marafonu davam edir: Xəzər Günündə 768 kq tullantı…
►►►