Yanlış işçi qəbulunun fəsadları

Hər bir şirkət daha yaxşı işə qəbul siyasəti aparmaq üçün müəyyən işlər görməkdədir. İşə qəbul bir şirkətin mənfəətinin artmasına, eləcə də iflasına səbəb ola bilər. Obrazlı ifadə olunsa işə qəbul bir gömrük qapısıdır. Şirkətə ən faydalı və lazımlı əməkdaşları cəlb etmək üçün daimi işlər görülməli və planlarımızı qurmalıyıq.

Düzgün olmayan işə qəbul siyasəti nəticəsində aşağıdakı mənfi hallarla qarşılasa bilərik:

  • işə xərclənən ümumi vəsait;
  • danışıq xərcləri;
  • təlim xərcləri;
  • son haqq hesab və əmək haqqı;
  • işə qəbul zamanı sərf olunan zaman.

 Həmçinin buna əlavə olaraq gözlə görünməyən, lakin mütləq sayılmalı xərclərdə var. Bura işçilərin motivasiyasının aşağı düşməsi, internet və resurs xərcləri aiddir. Bu proses müddətində hər nüansı bərpa etsək belə, sərf olunan zamanı bərpa edə bilmirik. Buna görə də düzgün və sistemli işə qəbul sisteminin qurulması  həm şirkətə, həm də işçiyə faydalı olacaqdır.